Retour

Explorez tous les épisodes du podcast PLANET FM

Plongez dans la liste complète des épisodes de PLANET FM. Chaque épisode est catalogué accompagné de descriptions détaillées, ce qui facilite la recherche et l'exploration de sujets spécifiques. Suivez tous les épisodes de votre podcast préféré et ne manquez aucun contenu pertinent.

Rows per page:

1–50 of 459

TitreDateDurée
1 Noyabr Marafonu: Bakıda Qələbə Qaçışı | Zəfərimizə Sən Də Qatıl30 Oct 202600:32:41
1 Noyabr tarixində Bakıda möhtəşəm "Qələbə Qaçışı" baş tutacaq! Zəfərimizi qeyd edəcəyimiz bu qaçış yarışında iştirak etmək və sağlam şəkildə finişə çatmaq üçün buraxılışımızı mütləq izləyin. Marafona düzgün hazırlaşmaq, gündəlik 30-45 dəqiqəlik yürüşlərlə bədəni gücləndirmək və ən əsası zədələrdən qorunmaq üçün vacib məsləhətləri sizinlə bölüşürük. Tələsmədən, aramla qaçaraq zəfərimizi birlikdə qeyd edək!

Aparıcılar: Rəhman Rəsulov, Cavid Neymətzadə
Qonaq: Hüseynzadə Hüseyn
İstanbulda HARA GEDƏK? Qalata və Kadıköyün Gizli Məkanları | Türkiyənin Ən Ucuz Tətil Yerləri30 Oct 202600:34:08
Azərbaycanda yaşayan türk "food blogger" Hülya Əliyeva qonağımızdır. İstanbul və Bakı arasındakı həyat tərzi fərqlərini, turistlərin bilmədiyi gizli restoranları və xaricdə yaşamağın sirlərindən danışdıq. Türkiyədə qış turizmi üçün Uludağ və Kartepe, yay tətili üçün isə Muğla, Akyaka və Dalyan bölgələrinin ən sərfəli tərəflərini müzakirə etdik. Eyni zamanda, Pekinə (Çin) səyahət təəssüratları, fərqli Asiya mətbəxi və Türkiyənin məşhur cağ kababı, şorbaları barədə ləzzətli bir söhbət apardıq. 

Aparıcılar: Rəhman Rəsulov, Cavid Neymətzadə
Qonaq: Hülya Əliyeva
Nizami Gəncəvi Əslində Kim İdi? Şərq İntibahı və Kamil İnsan Kodu30 Oct 202600:32:07
Nizami Gəncəvinin 885 illik yubileyinə özəl buraxılışda filosof Müşfiq Ötgün dahi mütəfəkkirin fəlsəfi və mənəvi dünyasının görünməyən qatlarını açır. Nizami Gəncəvi niyə Qərb deyil, birmənalı olaraq Şərq İntibahının zirvəsidir? Onun əsərlərindəki dərin hikmət, "Qurani-Kərim" paralelləri və insan qəlbinin kəşfi hansı sirləri ehtiva edir? Verilişdə Nizaminin antik yunan filosoflarına (Əflatun, Ərəstun) münasibəti, Lev Tolstoy və Fyodor Dostoyevski ilə müqayisəsi, eləcə də XII əsrdə qadın obrazlarına verdiyi misilsiz ali dəyər dərindən təhlil olunur. Nizami əsərlərinin tərcümə qüsurları, «tabula rasa» və kamil insan konsepsiyası haqqında ən cəsarətli fikirlər bu buraxılışda!

Aparıcı: Nigar Məmmədova
Tək Səyahət Necə Edilir? | Ucuz Bilet, Hotel Seçimi və Viza Qaydaları30 Oct 202600:33:46
Amerikaya səyahət etmək həqiqətən kinolardakı kimi fantastikdir, yoxsa reallıq tam fərqlidir? Planet FM-in qonağı olan təcrübəli səyahətçi Şəhla İsayeva Nyu-York, Boston, Los-Anceles və Asiya (Bali, Tailand) səyahətlərindən heç yerdə eşitmədiyiniz ən maraqlı detalları bölüşür. Nyu-Yorkun təhlükəli küçələri, metro reallıqları, 75 dollarlıq parkinq xərcləri və 4 ədəd gürcü xəngəlinə verilən 25 dollar! Eyni zamanda tək səyahət etməyin üstünlükləri, büdcəyə qənaət yolları, ucuz bilet tapmaq və hotel seçimində yol verilən ən böyük səhvlər bu videoda müzakirə olunur.
Təkbaşına Səyahət Etməkdən Qorxanlar Üçün Bələdçi | Ucuz Avropa Səyahəti30 Oct 202600:31:46
Avropada 280 kilometr yolu heç bir nəqliyyatdan istifadə etmədən, təkbaşına piyada qət etmək mümkündürmü? Bu buraxılışda azərbaycanlı səyahətçi Hüsniyyə Bakıxanova Portuqaliyanın Portu şəhərindən İspaniyanın Santyaqo-de-Kompostela şəhərinə qədər uzanan məşhur "Kamino de Santyaqo" (Camino de Santiago) zəvvar marşrutundakı inanılmaz macəralarını bölüşür. Meşələrdə təkbaşına keçən günlər, vəhşi heyvanlara açılan atəş səsləri, xüsusi səyahət pasportu, zədələrə rəğmən sınmayan iradə və minimal büdcə ilə Avropanı kəşf etməyin sirləri bu videoda! Həmçinin İtaliyanın gizli qalmış şəhərləri (Bari, Alberobello), Aralıq dənizində kruiz səyahətlərinin üstünlükləri və Wizz Air ilə ucuz bilet tapma üsulları ətraflı izah olunur. 
Qadın Deyir Ki: Maneələri Aşmaq Sənin Əlindədir!30 Oct 202600:36:57
 "Planet FM"də yayımlanan "Qadın Deyir Ki" verilişinin qonağı "Ironman" iştirakçısı və "Aparla Səhər Klubu"nun yaradıcısı Aynur Nəbiyeva oldu. Korporativ həyatdan idmana, böyük çətinliklərdən zəfərə uzanan bu hekayə hər kəsə öz gücünü xatırladır. Bəhanələrə yer yoxdur — hər şey ilk addımı atmaqla başlayır!
2060-cı il üçün Böyük Hədəf | Xalis Sıfır Emissiya: Azərbaycan Yaşıl Gələcəyə Hazırdırmı?30 Oct 202600:49:30
Bu buraxılışda Azərbaycanın 2060-cı il xalis sıfır emissiya hədəfi, yaşıl enerji strategiyası və iqtisadiyyatı gözləyən böyük dəyişiklikləri müzakirə edirik. "İqlim gündəliyi" verilişinin qonağı, yaşıl layihələndirmə üzrə beynəlxalq ekspert Elmir Məmmədli SOCAR-ın dekarbonizasiya prosesini və yaşıl maliyyələşməni detallı şəkildə izah edir.

Vətəndaşları və biznesləri (KOB-ları) nə gözləyir? Ölkədə banklar tərəfindən verilən "yaşıl kreditlər" necə işləyəcək? Niyə köhnə avtomobillərin utilizasiyası və elektrikli maşınlara gömrük güzəştləri bu qədər vacibdir? Həmçinin, videosa Çikaqo Qriffin Elm və Sənaye Muzeyinin iqlim böhranına qarşı həyata keçirdiyi maraqlı təşəbbüslərlə tanış olacaqsınız. 
Dairəvi İqtisadiyyat: Tullantısız Gələcəyə Doğru30 Oct 202600:30:14
Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
"Leyli və Məcnun" Bütün Dünyanı Necə Heyrətə Gətirdi? | Dahi Nizamidən Böyük Mesajlar28 Oct 202600:46:29
Nizami Gəncəvi haqqında bilinməyən həqiqətlər, "Xəmsə"nin dərin fəlsəfəsi və dahi mütəfəkkirin dünya ədəbiyyatındakı izlərini öyrənmək istəyirsinizsə, bu video tam sizin üçündür! Bu buraxılışda Nizami Gəncəvi Vəqfi və "Sirius" Yayın Evinin təsisçisi Arzu xanım Təbrizli ilə dahi şairin həyatı, Hindistan Prezident Sarayındakı portretinin sirri, Eric Clapton-un "Layla" mahnısının hekayəsi və süni intellektin Nizami irsindəki rolu haqqında ətraflı həmsöhbət oluruq.

Aparıcı: Nigar Məmmədova
UCUZ AVROPA SƏYAHƏTİ! Şengen Vizası Necə Alınır və 300€ Cərimədən Necə Qorunmalı?26 Oct 202600:38:09
Avropaya ucuz səyahət etmək, Şengen vizası almaq və xaricdə büdcəyə qənaət etməyin yollarını axtarırsınızsa, bu video tam sizin üçündür! Bu buraxılışda tanınmış marketoloq və səyahətçi Rumi Novruzov ilə Avropa ölkələri, İspaniya, İtaliya, Fransa və Portuqaliyaya necə sərfəli viza almaq və səyahət planlamaq haqqında ətraflı danışırıq. 

Aparıcılar: Rəhman Rəsulov, Cavid Neymətzadə 
Azərbaycanda Dəyişən İqlimə Necə Uyğunlaşaq?23 Oct 202600:46:58
Planet FM-in "İqlim Gündəliyi" verilişində Azərbaycanın iqlim dəyişikliyi, buna səbəb olan amillər, istixana qazı emissiyalarının azaldılması, ekoloji risklər və gələcək iqlim problemləri haqqında məlumatlılıq və uyğunlaşmaya hazırlıq müzakirə olunur. 

Verilişin qonaqları neft və qaz sahəsinin geoekoloji problemləri üzrə mütəxəssis, iqlim dəyişmələrinin təsirinin yumşaldılması istiqamətində ekoloji layihələrin müəllifi və icraçısı Fəxrəddin Kərimov, həmçinin istixana qazlarının inventarlaşdırılması və azaldılması, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə ekspert-konsultant Məhərrəm Mehtiyevdir.  
Azərbaycanda "hiking" üçün ideal məkanlar (Əmbil gölü, Qaranohur, Kəpəz zirvəsi)23 Oct 202600:30:23
“Planeti VISA ilə kəşf edək” rubrikasının növbəti qonağı səyahətçi və kamp həvəskarı Mehdi Mahmudov oldu. Mehdi bəy ilə Azərbaycanda "hiking" və kamp mədəniyyətindən, təbiəti qorumağın önəmindən, eləcə də xarici ölkələrə etdiyi maraqlı səyahətlərdən danışdıq. 
Marsda Həyat Mümkündür? 🚀 Nüvə Enerjisi və Süni İntellekt Kosmosu Necə Dəyişəcək?23 Oct 202600:42:18
Mars missiyalarında böyük enerji problemi necə həll olunacaq? Günəş panelləri Marsda niyə kifayət etmir və radioizotop termoelektrik generatorlar (MMRTG) bu problemi necə aradan qaldırır?

Planet FM-də "Zaman Maşını" verilişinin qonağı Milli Aviasiya Akademiyasının V kurs tələbəsi, gənc tədqiqatçı Cəfər Sadıq ilə kosmik texnologiyalar, Mars roverləri, süni intellekt, nüvə enerjisi və gələcəyin kosmos tədqiqatları haqqında dərin və maraqlı bir söhbət etdik.

 Aparıcı: Nigar Məmmədova
Şotlandiya Və Finlandiya Səyahəti 2026 | Ucuz Viza, Qütb İşıqları Və Qiymətlər23 Oct 202600:32:28
Britaniya vizasını almaq niyə çətindir? Şotlandiyanın Edinburq küçələrində mistik Harri Potter abu-havasını necə yaşamaq olar? Finlandiyada qütb işıqlarını (Northern Lights) görmək üçün nə qədər büdcə lazımdır və Laplandiya turlarında hansı təhlükəsizlik qaydalarına riayət etməlisiniz?
Bu buraxılışda bloqer Sevinc Əlizadə Böyük Britaniya, Şotlandiya, London və Laplandiya səfərlərindəki unudulmaz təcrübələrini, nəqliyyat xərclərini, hotel seçimindəki təhlükələri və viza sirlərini tam təfərrüatı ilə bölüşür.

 Aparıcı: Rəhman Rəsulov
Dünyanı Evi Edənlər: Rəqəmsal Köçərilik23 Oct 202600:42:18
"Qadın Deyir Ki" verilişinin növbəti buraxılışında rəqəmsal köçəri və karyera məsləhətçisi Piruzə Quliyeva ilə məsafədən işləmək, səyahət azadlığı,intizam və öz həyatını dəyişməyin sirləri haqqında faydalı söhbət apardıq.
Aparıcı: Günel Mavliyarova
Qafqaz Albaniyası Haqqında Gizlədilən Həqiqətlər: Erməni Saxtakarlığı Necə İfşa Olundu?21 Oct 202600:47:16
Planet FM-in "Zaman Maşını" verilişində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru və ADA Universitetinin müəllimi Gülanə Əliyeva Qafqaz Albaniyasının əsl cənub sərhədləri (Araz çayı), antik dövr şəhərsalma mədəniyyəti, Kiş məbədinin sirri, alban kilsələrinin erməniləşdirilməsi cəhdləri və arxeoloji qazıntılar zamanı tapılan unikal artefaktlar haqqında dəyərli faktları bölüşür. 
 Aparıcı: Nigar Məmmədova
Dünya Nəhəngləri Bakıda | PAŞA Holding-in Böyük Layihəsi | InMerge İnnovasiya Sammiti 202621 Oct 202600:27:08
Regionun ən böyük innovasiya və startap tədbiri olan "InMerge Innovation Summit" bu il 6-cı dəfə Bakıda baş tutur! PAŞA Maliyyə Holdinqinin dəstəyi ilə keçirilən bu möhtəşəm sammitdə Nike, Google X, Nobel mükafatçıları və dünyaca məşhur texnologiya mütəxəssisləri çıxış edəcək.
Bu müsahibədə "InMerge" Sammitinin meneceri Ülviyyə Mehralıyeva ilə birgə sammitin məqsədləri, tələbələr və startaplar üçün pulsuz iştirak imkanları, həmçinin xarici ölkələrə (Peru, Avstraliya, Özbəkistan) maraqlı səyahət təəssüratlarını müzakirə edirik.

Aparıcı: Rəhman Rəsulov

Qonaq: Ülviyyə Mehralıyeva
Dayanıqlı Şəhərlər19 Oct 202600:44:19
Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
DÜNYANI GƏZMƏK ÜÇÜN ÇOX PULLU OLMAQ LAZIMDIR? 🚗✈️ | Orxan Aslanov ilə Səyahət Sirləri və Likya Yolu!16 Oct 202600:33:44
Həyatı zövqlə yaşamaq, fərqli ölkələri kəşf etmək və rutin iş rejimindən azad olmaq mümkündürmü?

“Planeti VISA ilə kəşf edək” rubrikasının növbəti qonağı fotoqraf, səyahətçi və bloqer Orxan Aslanov səyahət həvəskarları üçün inanılmaz həyat təcrübələrini, "lifehack"ləri və ən maraqlı marşrutları bölüşür!
60 Nəfərlə Kruiz Səyahəti: Ailəvi Macəralar və Unudulmaz Təəssüratlar!16 Oct 202600:36:02
“Planeti VISA ilə kəşf edək” rubrikasının növbəti qonağı kruiz və ailə səyahətləri üzrə ekspert Lalə Əhmədova oldu.
Səməd Vurğun Haqqında Gizli Qalan Faktlar! | 120 İllik Yubiley Xüsusi Buraxılışı16 Oct 202600:37:54
Səməd Vurğunun 120 illik yubileyində dahi şairin həyatı, yaradıcılığı və heç yerdə eşitmədiyiniz sirli faktlar açıqlanır! Səməd Vurğun kimdir, Sovet ideologiyası ilə münasibətləri necə olub və "Vaqif" dramının orijinal sonluğunda nə gizlənirdi?

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı "Planet FM"də Nigarın təqdimatında Səməd Vurğun irsini, Vəkilovlar şəcərəsini, Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun ədəbi dünyasını təhlil edir. 
  • Səməd Vurğunun 120 illik yubileyi
  • "Vaqif" dramı, "Komsomol poeması" və "İnsan" əsərindəki gizli ideoloji mesajlar
  • Qobustan qayalarını məhv olmaqdan xilas edən Vurğun cəsarəti
  • "Yevgeni Onegin" və "Leyli və Məcnun" tərcümələrinin pərdəarxası
  • Vəkilovlar ailəsi: Şairin övladları ilə münasibətləri və maraqlı xatirələr
Zirvələrə Doğru: Vəfa Musayeva ilə İradə və İnam Hekayəsi16 Oct 202600:41:07
Everest və Lhotze zirvələrini fəth edən ilk azərbaycanlı qadın alpinist, pedaqoq və kouç Vəfa Musayeva "Qadın deyir ki" verilişində! Günel Mavliyarovanın təqdimatında baş tutan bu ilhamverici söhbətdə dağlara olan sevgidən, ictimai qınaqları aşmaqdan və insanın öz daxili gücünü kəşf etməsindən bəhs olunur. 
Avropanın Ən Qərb Nöqtəsi: Roka Burnu - Portuqaliya, İordaniya və Çin Səyahəti - Ucuz Səyahət Etmək15 Oct 202600:34:40
Dünyanı gəzmək üçün çox büdcə lazımdır?
“Planeti VISA ilə kəşf edək” rubrikasının növbəti qonağı səyahət bloqeri Gülşən Savadova Portuqaliya (Roka burnu, Lissabon, Portu), İordaniya (Petra) və Çin (Şanxay, Pekin) səyahətlərinin bütün incəliklərini, xərclərini və unikal təcrübələrini bölüşür.

Aparıcı: Rəhman Rəsulov
Niyə narahatıq, amma dəyişmirik? Ekoloji düşüncə və gündəlik vərdişlər15 Oct 202600:44:22
Planet FM-in “İqlim Gündəliyi” verilişində bu dəfə ekoloji maarifləndirmə və iqlim dəyişikliyindən, gənclərin ətraf mühitə münasibətindən və gündəlik həyatda “yaşıl vərdişlərin” əhəmiyyətindən danışırıq. Verilişimizin bu dəfəki qonağı “Həyata Səs” Ekoloji-Sosial Təşəbbüsün rəhbəri Aytunc Nəcəfovadır.

Aytunc Nəcəfovayla təşəbbüsün hansı ekoloji problemləri həll etməyə çalışdığını, məlumatlılıq ilə gündəlik davranış arasındakı fərqin səbəblərini və Azərbaycanda gənclərin ekoloji məsələlərə yanaşmasını müzakirə edirik. Söhbətimizdə həmçinin plastik tullantıların ətraf mühitə mənfi təsirindən və tullantılardan bioplastik əldə etmək istiqamətində görülən işlərdən danışırıq. Qonağımız təşəbbüsün fəaliyyəti zamanı qarşılaşdığı çətinlikləri, insanların davranışında müşahidə etdiyi dəyişiklikləri, “yaşıl vərdişlərin” nə olduğunu və ekoloji maarifləndirmə istiqamətində gələcək planlarını bölüşür.
Meksikaya Necə Gedək? Viza Şərtləri, Qiymətlər və Təhlükəsiz Şəhərlər15 Oct 202600:30:36
Nyu-Yorkun soyuq havasından qaçıb Karib dənizinin isti sahillərinə uzanan unikal bir səyahət hekayəsi!

“Planeti VISA ilə kəşf edək” rubrikasının növbəti qonağı səyahətçi Renat Məcidov Planet FM-də Meksika səyahəti, viza qaydaları, bilet qiymətləri və "gizli" gəzməli yerlər haqqında şəxsi təcrübələrini bölüşür.

Aparıcı: Rəhman Rəsulov
Astrologiya YALANDIR, YOXSA ELM? - Doğum xəritəsi, yüksələn bürc...13 Oct 202600:41:47
Bürclər və ulduz falları həqiqətən həyatımızı idarə edir, yoxsa bu sadəcə populyar mədəniyyətin bir hissəsidir? Retroqrad Merkuri və Venera dövründə niyə həyatımızda xaos baş verir?

"Zaman Maşını" verilişinin bu buraxılışında "Doğum xəritəsinin daxili inkişafımıza təsiri" kitabının müəllifi, astroloq Aişə Mustafayeva ilə astrologiyanın elmi tərəflərini, yüksələn bürcün (Ascendant) gizli mənalarını və doğum xəritəsi (Natal Chart) təhlilinin psixologiya ilə əlaqəsini təhlil edirik. 

Aparıcı: Nigar Məmmədova
Nizami Gəncəvi Farsdır, Yoxsa Türk? — Aqşin Yeniseydən Maraqlı Faktlar13 Oct 202600:45:35
Planet FM-in "Zaman Maşını" verilişində şair, yazıçı və publisist Aqşin Yenisey Nizami Gəncəvi, İmadəddin Nəsimi və Şərq-Qərb fəlsəfəsi haqqında ezoterik, tənqidi və sarsıdıcı fikirlərini bölüşür.

-Nizami Gəncəvini "qürurlu bir heykəl"ə çevirmişik, yoxsa o, canlı mənbədir?
-Nizami Şərq mistiki, yoxsa Aristotel fəlsəfəsinə söykənən Qərb intellektualı idi?
-Dərisi soyulan Nəsimi və "müsəlman dünyasının İsası" obrazı!
-Sovet ideologiyasının ədəbiyyatı bütləşdirməsi və müasir ədəbiyyatda funksionallıq problemləri.

Aparıcı: Nigar Məmmədova
Yaponiyada Bu Səhvi ETMƏYİN! - ABŞ, Yaponiya və Azərbaycanda Etiket Qaydaları13 Oct 202600:34:54
“Planeti VISA ilə kəşf edək” rubrikasında etiket qaydaları üzrə mütəxəssis Cəmilə Musayeva ilə Yaponiya, ABŞ və Balidəki fərqli cəmiyyət və biznes etiket qaydalarını müzakirə etdik. Yaponiyada nağd pulun əldən-ələ verilməməsi, küçədə yemək qadağaları, ABŞ-də birbaşa ünsiyyət və Azərbaycanda "sətiraltı" mədəniyyətin incəlikləri bu verilişdə! 

 Aparıcı: Rəhman Rəsulov
Hərbi sahədən Afrikaya: Tanzaniya Safarisi və Zənzibar Səyahəti!13 Oct 202600:33:09
“Planeti VISA ilə kəşf edək” rubrikasında Tanzaniya və Zənzibar səyahəti haqqında hər şey! 
Səyahətçi və tur bələdçisi Sofiya Ağazadə hərbi sahədən səyahət dünyasına keçid hekayəsini, Afrika safarisini və Zənzibar gəzintisini təfərrüatı ilə bölüşür.

 🌍 Afrika ölkələrinə viza və sığorta qaydaları
🦁 Tanzaniyanın Mikumi Milli Parkında safari təcrübəsi və qiymətlər
🏖️ Zənzibar adasında su çəkilməyən ən yaxşı hotel əraziləri (Nungwi)
💸 Afrikada qiymətlər: Yemək, nəqliyyat və gəzinti xərcləri London və İsveçrəyə səyahət məsləhətləri 

Aparıcılar: Rəhman Rəsulov, Cavid Neymətzadə
Səyahətə Hardan Başlamalıyıq? ✈️ Şengen Vizası Almağın və Asiyaya Ucuz Səyahətin Yolları09 Oct 202600:31:40
Səyahət etmək istəyirsiniz, lakin büdcəyə uyğun səyahət və Şengen vizası almaq prosesləri sizə çətin gəlir?

🌍 “Planeti VISA ilə kəşf edək” rubrikasında turizm mütəxəssisi Ağa Kərimov ilə ucuz aviabilet tapmaq, Avropa vizası müraciəti və Cənub-Şərqi Asiyaya spontan səyahət sirlərini ətraflı müzakirə etdik.
• Şengen vizası üçün sənədlər necə hazırlanmalıdır və profil nədir?
• İtaliya, Avstriya və Almaniya səfirliklərindən viza almaq asandır?
• Ucuz aviabilet və hotel bron etmək üçün 180 gün rejiminin önəmi.
• Şri-Lanka turu və Tailand vizası (Visa on Arrival) qaydaları.
• Tranzit uçuşlarda bəyannamə (deklarasiya) formalarının doldurulması.
Sıfırdan Böyük BİZNES Necə Qurulur? 💡 Uğursuzluqdan Liderliyə!09 Oct 202600:40:05
Sıfır təcrübə, sıfır kapital və sıfır resursla böyük biznes qurmaq mümkündür?
🚀 Uğursuzluq hissi ilə mübarizə apararkən sahibkarlıq yolunda uğura çatmağın əsl sirləri nələrdir? Bu buraxılışda "Qadın Deyir Ki" verilişinin aparıcısı Günel Mavliyarova və Bakı Dizayn Akademiyasının təsisçisi Aysel Gülməmmədova sıfırdan aparıcı tədris mərkəzi yaratmağın pərdəarxası məqamlarını, liderlik xüsusiyyətlərini, insan idarəetməsini və "Fake it until you make it" prinsipinin biznesdəki rolunu açıq şəkildə müzakirə edirlər.

📌Müzakirə Olunan Əsas Mövzular:
• Sıfır təcrübə və resursla biznesə başlamaq riskləri.
• Qurban psixologiyasından çıxış: Həyatı dəyişən "5 niyə? nəzəriyyəsi".
• İdarəetmə və liderlik anadangəlmədir, yoxsa sonradan öyrənilir?
• Gənclərlə işləmək: Müasir nəslin potensialı və resursların rolu.
• Praktika və nəzəriyyə fərqi: Biznesdə geridönüşə açıq olmağın önəmi.
Mətbəxdə streç və plastikə təbii alternativ: Çörəyi atmayın, bir həftə təbii üsulla qoruyun!08 Oct 202600:41:47
Planet FM-in “İqlim Gündəliyi” verilişində bu dəfə Azərbaycanda artan plastik istehlakından, gündəlik həyatda plastikdən istifadənin azaldılması yollarından və məsuliyyətli istehlak vərdişlərindən danışırıq.Verilişimizin  budəfəki qonağı Azərbaycanda birdəfəlik plastiklərə alternativ təbii qida saxlama həlləri təqdim edən “Pöhrə” ekoloji təşəbbüsünün təsisçisi Fidan Əlisoydur.

Fidan Əlisoyla plastik tullantıların ətraf mühitə və insan sağlamlığına təsirlərini, gündəlik həyatda plastik qablaşdırmadan daha az istifadə etməyin yollarını müzakirə edirik. Söhbətimizdə həmçinin çörək və digər ərzaqları qurumadan, xarab olmadan daha uzun müddət saxlayan, plastikə alternativ olan arı mumundan hazırlanan qida örtüklərindən danışırıq. Qonağımız arı mumu örtükləri necə hazırlanır və onlardan gündəlik həyatda necə istifadə etməli olduğumuz haqqında danışır. 
Süni İntellekt və Müəllimlərin Gələcəyi: İşsiz Qalacağıq? — Planet FM08 Oct 202600:42:32
Süni intellekt insanların işini əlindən alacaq? Müəllimlər, dizaynerlər və korporativ sektor işsiz qalacaq? 🤖💥
"Zaman Maşını" verilişində Bakıda keçiriləcək 2-ci Süni İntellekt Zirvəsi (AI Summit Baku) təşkilatçıları — "Handex"şirkətinin təsisçisi Rəşad Qurbanov, "Azerconnect Group"da Süni İntellekt Məhsulları Bölməsinin rəhbəri Lətif Məmmədli və sammitin süni intellekt elçisi SülAIman ilə gələcəyin texnologiyalarını, rəqəmsallaşmanı və "Uzadılmış indi" konsepsiyasını müzakirə edirik! Təhsildə süni intellekt tətbiqi, Copilot, ChatGPT, kibertəhlükəsizlik, myGov inteqrasiyası və robotların insanlarla dostluğu haqqında bilmədiyiniz ən son faktlar bu müsahibədə!

 Aparıcı: Nigar Məmmədova
5 İl Çində Yaşayıb Vyetnama Qaçdı! - Asiyada İş və Təhsil: Çin Qanunları, Vyetnam Kofesi08 Oct 202600:38:29
“Planeti VISA ilə kəşf edək” rubrikasında bu dəfə Asiya ölkələrində uzun illərdir yaşayan Həsən Məmmədovu qonaq  etdik.

📍 Mövzularımız:
  • Çində 5 il təhsil və müəllimlik təcrübəsi
  • Pandemiya dövründə Çindəki sərt qaydalar və Balidən Vyetnama keçid
  • Vyetnamda həyat tərzi, viza qaydaları və turizm imkanları
  • Vyetnamın qeyri-adi kofe mədəniyyəti (Duzlu və yumurtalı kofe!)
  • Yaponiyaya səyahət planları
Neft platforması, Bali və fransız şirniyyatları: Qeyri-adi səyahət07 Oct 202600:34:22
“Planeti VISA ilə kəşf edək” rubrikasında neftçi və səyahətçi Aysel Cənnətəli qonaq oldu. Səmimi söhbət zamanı Aysel xanımın dənizdə neft platformasındakı fəaliyyəti, Parisdə aldığı fransız şirniyyat təhsili, eləcə də Bali və Kanar adalarına səyahət təəssüratları haqqında geniş müzakirə apardıq.
Şükran Soltanov ilə Səyahətlər, İdman və Bloqer Fəaliyyəti05 Oct 202600:25:50
“Planeti VISA ilə kəşf edək” rubrikasında tanınmış aktyor, idmançı və bloqer Şükran Soltanov qonaq oldu. Səmimi söhbət zamanı Şükran Sultanovun xarici ölkələrə (Dubay, İspaniya) səyahət təəssüratları, idman və düzgün qidalanma vərdişləri, eləcə də müasir sosial mediada keyfiyyətli məzmun yaratmağın pərdəarxası məqamları haqqında geniş müzakirə apardıq.
Nizami Gəncəvi, İmadəddin Nəsimi və Seyid Yəhya Bakuvi İrsində Ədəbi-Fəlsəfi Paralellər05 Oct 202600:39:01
Planet FM-in "Zaman Maşını" verilişində "Nizami söhbətləri" rubrikasının növbəti buraxılışını təqdim edirik. Verilişin qonağı filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin ədəbi-fəlsəfi irsinin Nəsimi yaradıcılığına və Seyid Yəhya Bakuvi kimi mütəfəkkirlərin fəlsəfi görüşlərinə təsiri, kamil insan obrazı, ilahi və dünyəvi eşq anlayışları ətrafında maraqlı həmsöhbət oluruq.

A
44 günlük Vətən Müharibəsi: Texnologiya və insan amilinin rolu05 Oct 202600:23:44
Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
Sənədsiz ABŞ Vizası Necə Alınır? | Tomris Bədəlova ilə Amerika Səyahəti02 Oct 202600:32:03
ABŞ vizası necə alınır?
ABŞ-yə səyahət etmək üçün nə qədər büdcə lazımdır?
Nyu-York, Los-Anceles və Havay adalarına ucuz səyahət etməyin sirləri hansılardır?

"Planetin Səhəri" verilişində rəqəmsal marketinq mütəxəssisi və səyahətçi Tomris Bədəlova Amerika səfərinin pərdəarxası məqamlarını bölüşür. Verilişdə ABŞ səfirliyindən viza almaq prosesi, sənədləşmə, Los-Ancelesdə "Universal Studios" gəzintisi, Nyu-Yorkda ucuz nəqliyyat və yaşayış vasitələri, eləcə də Havay adalarının möhtəşəm təbiəti haqqında ən faydalı məsləhətləri tapacaqsınız. 

 Aparıcı: Rəhman Rəsulov

"Dədə Qorqud" Dastanının 5000 İllik Sirri! | Mifologiya, Təpəgöz və Süni İntellekt02 Oct 202600:42:01
Azərbaycan mifologiyası və Türk dastan təfəkkürünün kökləri haradan gəlir?
"Kitabi-Dədə Qorqud" dastanındakı Təpəgöz obrazı ilə qədim Yunan mifologiyasındakı Siklop (Polifem) arasında hansı oxşarlıqlar var?
Süni intellekt insan ruhunu və mifləri əvəz edə bilərmi?

"Planet FM" radiosunun "Zaman Maşını" verilişində AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu ilə dərin və maraqlı bir fəlsəfi-mifoloji söhbət baş tutdu. Verilişdə əcdadlarımızın səmavi cisimlərə (günəş, ay, ulduzlar) münasibəti, qara pişik və taxtaya döyəcləmə kimi inancların kökü, "Z" və "Alfa" nəsillərinə nağılların necə çatdırılması və süni intellektin mifoloji təfəkkürə təsiri kimi mövzular müzakirə olundu.

Aparıcı: Nigar Məmmədova
Korporativ Həyatdan Öz Biznesinə: Uğurlu Sahibkarlığın Sirləri02 Oct 202600:49:23
Planet FM-də Günel Mavliyarovanın təqdimatında "Qadın deyir ki..." verilişinin növbəti buraxılışında "Zuleykha Accessories" brendinin qurucusu Lalə Mirzəyeva qonağımız oldu. Söhbətimizdə korporativ karyeradan sahibkarlığa keçid, rəqabətli bazarda öz yerini tapmaq, risklər və biznesdə davamlılığın önəmi kimi vacib mövzulara toxunduq.
El-Ninyo dünyada hava şəraitini dəyişir: Azərbaycanda oktyabr necə keçəcək?01 Oct 202600:21:28
Planet FM-in "İqlim Gündəliyi" verilişində həm qlobal miqyasda, həm də Azərbaycanda müşahidə olunan hava şəraitinin dəyişikliyi və bu dəyişikliyin arxasında duran iqlimlə bağlı səbəblər müzakirə olunur.

Müntəzəm proqnozları və maraqlı hava yeniləmələri ilə Instagramda çoxsaylı izləyici kütləsi qazanmış məşhur hava məlumatı səhifəsi olan "Weather man"-in yaradıcısı Aqil Şirinov, verilişdə iqlim dəyişikliyinin havaya təsirlərindən, El-Ninyonun Azərbaycana və dünyaya təsirindən, Azərbaycanda havaya təsir göstərən ən əsas amillərdən və oktyabr ayı üçün hava proqnozunu müzakirə edir. 
1 Gecəsi 500 Manat?! | Türkiyənin ən baha kurortu Kaş - Yunanıstanın Gizli Məkanları01 Oct 202600:26:50
Mərkəzi Avropa və Aralıq dənizi səyahəti haqqında real təcrübələr!

“Planeti VISA ilə kəşf edək” rubrikasında marketinq mütəxəssisi və bloqer Aytən Rzalı ilə Türkiyənin Kaş bölgəsi, Yunanıstanın Korfu adası, Fransanın Strasburq şəhəri və İsveçdə təhsil həyatından danışdıq. Qonağımız vizasız gəzinti yerləri, qiymət artımı, butik hotellər və Avropaya səyahət tövsiyələrini verdi.
Bali Adasında Ucuz Qalmaq Və 40$-a 40-cı Mərtəbədə Hovuzlu Evlər29 Sep 202600:37:02
Asiya ölkələrinə ucuz və rahat səyahət etməyin bütün sirləri!


“Planeti VISA ilə kəşf edək” rubrikasında bu dəfə səyahət həvəskarları üçün xüsusi mövzuya toxunduq.
Verilişimizin qonağı, ATBA üzvü və təcrübəli səyahətçi Kənan Mənsimov İndoneziya - xüsusilə Bali, eləcə də Malayziya və Sinqapur səfərləri ilə bağlı dəyərli təcrübələrini bölüşdü. 


“Planeti VISA ilə kəşf edək” — yeni ölkələr, yeni təcrübələr, yeni kəşflər!
Serbiya Səyahət Bələdçisi 2026 | Belqrad Qiymətləri, Şopinq Və Həftəsonu Turları29 Sep 202600:36:45
Azərbaycan vətəndaşları üçün vizasız Avropa ölkəsi — Serbiya!
“Planeti VISA ilə kəşf edək” rubrikamızın budəfəki qonağı turizmçi Fəxri Məmmədli oldu. ✈️🌍

Serbiyaya səyahət etmək istəyənlər üçün maraqlı və faydalı məlumatları, ölkənin gəzməli-görməli yerlərini, səyahət imkanlarını və diqqət edilməli məqamları birlikdə müzakirə etdik.Vizasız səyahət imkanlarından yararlanaraq Avropanı kəşf etmək istəyirsinizsə, Serbiya haqqında daha çoxunu buraxılışımızda öyrənə bilərsiniz!

✨“Planeti VISA ilə kəşf edək” — yeni ölkələr, yeni təcrübələr, yeni kəşflər!
34 İLDİR YOL GÖZLƏYƏN AİLƏLƏR! - Qarabağda 4000 İtkinin Məzarlıqları Və Cenevrə Aksiyası29 Sep 202600:42:43
Planet FM-in "Zaman Maşını" verilişinin qonağı  "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova oldu.
Süni İntellekt, Kibertəhlükəsizlik və Rəqəmsal Bankçılıq: Qərarlarımızı kim verir?28 Sep 202600:51:36
Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
Texnologiya Dünyasında Qadın Liderliyi: Şəhla Məmmədovanın Uğur Hekayəsi25 Sep 202600:45:35
 Rəqəmsal layihələr və məhsul idarəetməsi sahəsində 15 ildən çox təcrübəyə malik  Şəhla Məmmədova Günel Mavliyarovanın təqdimatında "Qadın deyir ki" verilişində qonaq oldu. Şəhla xanım texnologiya sahəsində stereotiplərin  qırılması, gənc qızların bu sahəyə cəlb olunması, biznesdə düzgün kommunikasiya və iş-həyat balansı barədə öz dəyərli təcrübələrini bölüşdü.
Biomüxtəliflik və 2050-ci ilin Azərbaycanı | İqlim dəyişikliyi biomüxtəlifliyə necə mənfi təsir edir?24 Sep 202600:40:59
Planet FM-in "İqlim Gündəliyi" verilişində iqlim dəyişikliyinin biomüxtəlifliyə təsiri, həm qlobal miqyasda, həm də Azərbaycanda baş verən son ekoloji proseslər müzakirə olunur.

Biomüxtəliflik üzrə mütəxəssis, eko-fəal  Zülfi Fərəcli verilişdə iqlim dəyişikliyinin təbiətə təsirlərindən, vəhşi təbiət dəhlizlərindən, quşların miqrasiyasından,  Azərbaycandakı ən həssas ekosistemlərdən və biomüxtəlifliyin qaynar nöqtələrindən bəhs edir. Həmçinin 2050-ci ildə Azərbaycanın təbii mühitinin necə görünə biləcəyi və bu mənfi gələcəyin qarşısını almaq üçün bu gün hansı mexanizmlərdən istifadə oluna biləcəyi müzakirə olunur.
12-ci Əsrdən Müasir Dövrə: Nizami Gəncəvinin Hər Dövrə Silinməz Təsiri24 Sep 202600:43:12
Nizami fəlsəfəsi əsrlər boyu aktuallığını necə qoruyub? "Zaman Maşını" verilişinin yeni buraxılışında yazıçı Şərif Ağayarla birlikdə dahi şairin  müasir ədəbiyyata qədər uzanan və hər dövrə damğa vuran qüdrətli irsini müzakirə edirik. Siyasət, tarix və ədəbiyyatın kəsişdiyi bu maraqlı söhbəti qaçırmayın!
© My Podcast Data · Projet indépendant · Données issues d'Apple & Spotify