Retour
Explorez tous les épisodes du podcast Dalğa FM
Plongez dans la liste complète des épisodes de Dalğa FM. Chaque épisode est catalogué accompagné de descriptions détaillées, ce qui facilite la recherche et l'exploration de sujets spécifiques. Suivez tous les épisodes de votre podcast préféré et ne manquez aucun contenu pertinent.
| Titre | Date | Durée | |
|---|---|---|---|
| Sahibkar şokolad brendi yaradarkən nədən başlamalıdır, nəyi bilməlidir ? I "Biznes inciləri" #16 | 13 Nov 2025 | 00:36:50 | |
"Biznes inciləri" verilişində qonağımız olan "Compliment happy box" şokolad brendinin təsisçisi Şəfiqə Əfəndiyeva ilə aparıcılıq fəaliyyətindən biznes sahəsinə keçidindən, "Compliment happy box” ideyasından, şokolad b | |||
| "Hər zaman Qarabağ Universitetinin heyəti ilə görüşməyə və çıxış etməyə hazıram" | 13 Nov 2025 | 00:37:10 | |
"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov ilə muğam ifaçılığı sənəti və qəzəlin açmasından, dərin mənalı sözlərin mahiyyətindən, yeni işıq üzü görən qəzəllərdən ibarət kitabından, bəstəkarlarla uğurlu iş birliyindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Pis vərdişlər və onların qarşısının alınması " I Valideyn saatı #25 | 12 Nov 2025 | 00:38:10 | |
"Valideyn saatı" verilişində qonağımız olan psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Fatimə Bayramova ilə uşaqda pis vərdişin daha çox nə zaman yaranmasından, uşağın davranışını dəyişmək üçün valideynin öz üzərində nə qədər işləməli olduğundan, uşağın pis vərdişini gördükdə valideynin necə reaksiya verməli olduğundan və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Opera səhnəsinin də, hərbi musiqinin də mənim sənətimdə ayrıca yeri var" | 12 Nov 2025 | 00:23:13 | |
"Sənətin səsi" verilişinin buraxılışında Opera və Balet Teatrı və DSX-nin Nümunəvi Hərbi Orkestrinin solisti Fatimə Cəfərzadə ilə Vətən müharibəsində qazanılan qələbənin 5 illik yubileyi ərəfəsində keçirilən tədbirlərdən, Azərbaycanı təmsil etdiyi musiqi festivallarından, DSX-nin Hərbi Orkestrindəki fəaliyyətindən, vətənpərvərliyin aşılanması, övladlarımızda vətənpərvərlik hissinin tərbiyələndirilməsindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| “Uşaqlarda vətənpərvərlik duyğularının aşılanması” I Valideyn saatı #24 | 07 Nov 2025 | 00:37:56 | |
"Valideyn saatı" verilişində qonağımız olan sosioloq Yusif Nəbiyev ilə uşaqlarda vətənpərvərlik duyğusunun hansı yaşdan formalaşmağa başlamasından, sağlam vətənpərvərlikdən, bayraq, himn, milli musiqilərin uşaqlarda bu duyğunu necə formalaşdırmasından və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| ""Qarabağ" kolleksiyasında Qarabağ bəyləri, xanları, bəyimləri, sənət ustadlarının obrazları təsvir olunub" | 07 Nov 2025 | 00:32:33 | |
"Sənətin səsi" verilişinin buraxılışında xarici ölkələrdə “Zəfər” adlı tədbirlərdə ölkəmizi təmsil edən pianoçu Aydan Vəzirova, tar ifaçısı Elçin Abbasov və rəssam Nərminə Vəliyeva ilə “Zəfər” adlı səfərdən, Azərbaycanın milli sərvətləri və dəyərlərinin təbliği istiqamətində festivalların rolundan, Nərminə Vəliyevanın "Zəfər" tədbirində “Qarabağ” mövzusunda təqdim etdiyi kolleksiyasından və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Müştəri məmnuniyyətini qorumağın sirri nədədir?" I "Biznes inciləri" #15 | 06 Nov 2025 | 00:31:48 | |
"Biznes inciləri" verilişində qonağımız olan "İn Studio"nun rəhbəri, "Kryolan" kosmetika brendinin Azərbaycanda təsisçisi Nigar İbrahimova ilə gözəllik sahəsinə gəlişindən, “İn Studio”nun yaranma hekayəsindən, salon biznesinə baş vurmaq istəyən xanımlara tövsiyələrindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Arzum qələbə marşını ifa etməkdir" | 06 Nov 2025 | 00:33:59 | |
"Sənətin səsi" verilişinin buraxılışında vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı vətən müharibəsində qazanılan qələbənin 5 illik yubileyindən, repertuarında ifa etdiyi vətənpərvər mahnılardan, Azərbaycan Milli Ordusunun hərbi hissələrində səslənən patriot musiqindən, vətənpərvərliyin aşılanmasından, övladlarımızda vətənpərvərlik hissinin tərbiyələndirilməsindən, Azərbaycan hərbi musiqisi və hərb sənətindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Medianın uşaqların inkişafında rolu" I Valideyn saatı #23 | 05 Nov 2025 | 00:35:32 | |
"Valideyn saatı" verilişində qonağımız olan “Pro Media Group” MMC-nin direktoru Cavid Neymətzadə ilə müasir medianın uşağın emosional və sosial inkişafına təsirindən, radionun uşağın təxəyyül gücünün və nitqinin inkişafında müsbət rolundan, uşaqlara medianın necə “düşünərək izləməyi” öyrətməli olduğundan və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Vaqif Mustafazadə "Bakı payızı" müsabiqəsindən sonra məni "Leyli" vokal qrupuna dəvət etdi" | 05 Nov 2025 | 00:30:09 | |
"Sənətin səsi" verilişinin buraxılışında Azərbaycanın ilk qadın caz-vokal ifaçısı Tünzalə Qəhrəman ilə Beynəlxalq Caz Festivalının yaddaqalan çıxışlarından, Vaqif Mustafazadə ilə bağlı xatirələrindən, xarici ölkələrdə cazın, Azərbaycan cazının, caz ifaçılarının təbliğindən, caz musiqisinin gələcək nəsillərə ötürülməsi istiqamətində görüləcək layihələrdən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "“İdeal komanda ruhu” nə deməkdir?" I "Biznes inciləri" #14 | 04 Nov 2025 | 00:28:45 | |
"Biznes inciləri" verilişində qonağımız olan "Mehin Events"in təsisçi və direktoru Mehin Tuayeva ilə tədbir təşkilatçılığına gəlməyindən, 2013-cü ildən bu günə qədər “Mehin Events” brendini necə formalaşdırdığından, tədbir planlaşdırarkən önəmli olan prioritetlərdən, ideal komanda ruhundan və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Azərbaycan xalq və bəstəkar mahnılarının gitara üçün işləmələrindən ibarət kitabın müəllifiyəm" | 04 Nov 2025 | 00:30:11 | |
"Sənətin səsi" verilişinin buraxılışında gitara ifaçısı Cavid Bakı ilə yeni yaranan “Mezzo Duet” layihəsindən, musiqi məktəbindəki gitara tədrisi və ümumi pedaqoji fəaliyyətindən, solo konsertində nəzərdə tutulan repertuar və duetlərindən, gitara ifaçılıq sənəti və onun tədrisindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "XXI əsrin peşə bacarıqları: uşaqlara bu bacarıqları öyrətməyə haradan başlamalı?" I Valideyn saatı #22 | 03 Nov 2025 | 00:35:47 | |
"Valideyn saatı" verilişində qonağımız olan psixoloq, "HR generalist" Nərmin Əhmədzadə ilə XXI əsrin uşaqlarına baxanda “peşə bacarığı” anlayışının nəyi ifadə etməsindən, rəqəmsallaşma dövründə empatiya, komanda işi kimi insani dəyərlərin necə qorunmasından, valideynlərin uşaqlarda peşə maraqlarını necə müşahidə etməli olduqlarından və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Mənim dəsti-xəttim öz səsimdir" | 03 Nov 2025 | 00:28:41 | |
"Sənətin səsi" verilişinin buraxılışında müğənni Jalə Kərimova ilə BMA-da vokal məktəbindən, vokal ifaçılığı sənətindən, “Rast” qrupundakı fəaliyyətindən, caz musiqisində yaratdığı əsərlər və caz festivallarındakı çıxışlarından və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Teatrın uşaqların inkişafında rolu" I Valideyn saatı #21 | 31 Oct 2025 | 00:32:30 | |
"Valideyn saatı" verilişində qonağımız olan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrının quruluşcu rejissoru Elşad Rəhimzadə ilə "Teatrın uşaqların inkişafında rolu" mövzusunun müzakirəsi zamanı teatr və onun tərbiyəvi gücündən, teatrın uşağın şəxsiyyətinin formalaşmasında rolundan, səhnədə utancaq uşaqlarla iş zamanı hansı üsullardan istifadə etdiyindən, bağçalarda teatr dərslərinin valideynlər tərəfindən dəstəklənməsindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Sənət yolunda öz əqidəmdən dönüb, işığımı itirmək istəməzdim" | 31 Oct 2025 | 00:29:53 | |
"Sənətin səsi" verilişinin buraxılışında Yuğ Teatrının aktrisası Natəvan Qeybani ilə Yuğ Teatrının fəaliyyətindən, yeni tamaşalarından, 1996-cı ildən etibarən 30 ilə yaxın çalışdığı dövr və nailiyyətlərindən, ADMIU-da tələbəlik illərində ustadı Vagif İbrahimoğlunun teatr dərslərinin mahiyyətindən, V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşasından və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Səsini bəyənməyən insan səsini kökündən dəyişə bilər? I "Biznes inciləri" #13 | 30 Oct 2025 | 00:33:58 | |
"Biznes inciləri" verilişində qonağımız olan Bakı Nitq Mərkəzinin rəhbəri və nitq təlimçisi Firuzə Aslanova ilə nitq sənətinə olan marağından, Bakı Nitq Mərkəzini yaratmaq fikrindən, parazit səslərdən və onları aradan qaldırmanın yollarından, nitqimizi inkişaf etdirmək üçün bilməli olduğumuz nüanslardan və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Mənim üçün sənətdə ən önəmlisi dinləyicilərin sevgisidir" | 30 Oct 2025 | 00:21:16 | |
"Sənətin səsi" verilişinin buraxılışında caz ifaçısı Nərmin Məmmədli ilə Beynəlxalq Caz Festivalındakı yaddaqalan çıxışlardan, festivaldakı çıxışı və uğurlu duetlərindən, məşhur mahnılara ikinci nəfəs verməsindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Uşaq tərbiyəsində valideyn mövqeyi" I Valideyn saatı #20 | 29 Oct 2025 | 00:32:16 | |
"Valideyn saatı" verilişində valideyn qismində qonağımız olan Esmira Əyyub ilə üç fərqli yaşda övladla eyni evdə balansı necə qoruduğundan, uşaqlar arasında olan qısqanclıq, müqayisə və fərqləri necə tənzimləməsindən, yeniyetmə yaşdakı övladı ilə ünsiyyətdə ən çox diqqət etdiyi nüanslardan və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Xanəndə ilk növbədə qəzəliyyatı yaxşı bilməlidir" | 29 Oct 2025 | 00:29:13 | |
"Sənətin səsi" verilişinin buraxılışında xanəndə, Milli Konservatoriyanın baş müəllimi Vüqar Əliyev ilə muğam müsabiqələrində qalib olan tələbələrindən, İfaçıların, xanəndələrin yeniliklərinə olan münasibətindən, öz dəst-xətti ilə fərqlənmək üçün ifaçıların nə etməli olduğundan və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| Yaxşı bir bağça hansı əsas dəyərlər üzərində qurulmalıdır? I "Biznes inciləri" #12 | 28 Oct 2025 | 00:30:54 | |
"Biznes inciləri" verilişində qonağımız olan “Bağçam.az”ın təsisçisi Samirə Dünyamalıyeva ilə təhsil yolundan, ilk biznesindən, “Bağçam” uşaq bağçalarından, ideal bağça-valideyn əməkdaşlığından və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| “”Dilbərim” adlı konsertim sürpriz qonaqlar, poeziya və canlı ifadan ibarət olacaq” | 28 Oct 2025 | 00:33:36 | |
"Sənətin səsi" verilişinin buraxılışında xalq artisti Könül Xasıyeva ilə dekabr ayının 16-sı Heydər Əliyev Sarayında gerçəkləşəcək solo konsertindən, solo konsertdə nəzərdə tutulan repertuar və duetlərdən, xalq mahnılarımızın yeni interpretasiyalarda olan variantlara münasibətindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| Tikinti sahəsi üzrə kontent yaratmaq uğurludur? | Təmir studiyası #19 | 28 Oct 2025 | 00:31:13 | |
"Təmir studiyası"nda qonağımız olan marketoloq, kontent yaradıcısı, "influencer" Fidan Manafova ilə sosial medianın tikinti sahəsi üzrə insanları dolğun məlumatlandırma cəhdlərindən, kontent yaradıcılarının üzərinə düşən məsuliyyətlərdən, məlumatlandırma zamanı qarşılaşdığı çətinliklərdən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| Uşaqlarda yaş krizləri I Valideyn saatı #19 | 27 Oct 2025 | 00:28:05 | |
"Valideyn saatı" verilişində qonağımız olan psixoloq Ayşən Rəfiyeva ilə yaş böhranı nədir, necə baş verir və valideyn bu dövrdə uşağa necə yanaşmalıdır, uşaq böhranda olanda, məsələn, 3 yaşda “özüm geyinəcəyəm” deyib geyinə bilməyəndə, ağlayanda valideynin davranışının necə olmasından, böhran yaşayan uşağı necə müşahidə etməli olduğumuzdan və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Son zamanlar gənclərdə nəfəs alətlərinə əvvəlki kimi maraq yoxdur" | 27 Oct 2025 | 00:22:02 | |
"Sənətin səsi" verilişinin buraxılışında “Cəngi” ansamblınn solisti, tütək ifaçısı Coşqun Sadıqov ilə nəfəs alətlərinin təbliğindən və tədrisindən, “Cəngi” ansamblı və “Savab” qrupundakı uğurlu çıxışlarından, milli ifaçılıq sənətində qədim musiqi alətlərimizin yeri və rolundan və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| Ustasız ev təmir etmək olar? | Təmir studiyası #18 | 27 Oct 2025 | 00:30:33 | |
"Təmir studiyası"nda qonağımız olan evini özü təmir edən kulinar Mübariz Vəliyev ilə "ustasız təmir etmək" fikrinə necə gəlməsindən, təmir və material seçimi zamanı qarşılaşdığı çətinliklərdən, təmirinin son mərhələsindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| “Uğurlu uşaq necə formalaşır?” I Valideyn saatı #19 | 24 Oct 2025 | 00:27:38 | |
"Valideyn saatı" verilişində “Uğurlu uşaq necə formalaşır?” mövzusunun müzakirəsi zamanı "Uğurlu uşaq oxuyan uşaqdırmı?", "Uşaq nədən öyrənir —alqışdanmı, yoxsa inamdan?" və digər maraqlı sualların cavabını axtarmağa çalışdıq. | |||
| "İstəyirəm ki, udu hamı görsün, ifasını hamı bilsin" | 24 Oct 2025 | 00:25:59 | |
"Sənətin səsi" verilişinin buraxılışında ud ifaçısı Neda Mehmandost və vokal ifaçısı Arif Mehmandost ilə Cənubi Azərbaycandan Bakıya köçməklərindən, ud ifaçılığı sənətindən, vokalçıların peşəkar məktəb almasında müəllimlərin rolundan və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "İlk görüşdə müştəri ilə hansı mövzular müzakirə edilməlidir?" | Təmir studiyası #17 | 24 Oct 2025 | 00:19:06 | |
"Təmir studiyası"nda qonağımız olan dizayner Niyaməddin Cəfərov müştəri ilə kommunikasiyanın düzgün qurulmasından, ən çox rast gəldiyi dizayn səhvlərindən, aktual olan trendlərdən, memarlıq və interyer-dizayn arasında əsas fərqlərdən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| ""Ata ocağı" serialındakı obrazım insanlarda nifrət hissi oyatmışdı" | 24 Oct 2025 | 00:37:54 | |
"Sənətin səsi" verilişinin buraxılışında Akademik Dövlət Musiqili Teatrının aktrisası Ofelya Novruzqızı ilə Akademik Musiqili Teatrında olan yeni tamaşasından, səhnə arxası yaşanan fors-major hadisələr, müsbət və mənfi obrazlarından və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Biznesdə motivasiya edən nədir — gəlir, müştəri sevgisi, yoxsa yaradıcılıq hissi?" I "Biznes inciləri" #11 | 23 Oct 2025 | 00:35:22 | |
"Biznes inciləri" verilişində qonağımız olan "Bal kimi" şirniyyat evinin təsisçisi Kərimova Xəyalə ilə öz brendini yaratmaq qərarına gələndə qarşılaşdığı çətinliklərdən, "Bal kimi" şirniyyat evinin digər şirniyyat evlərindən nə ilə fərqlənməsindən, pandemiya dönəminin biznesinə təsirindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| Evdə ən çox rast gəlinən elektrik nasazlığı hansıdır? | Təmir studiyası #16 | 23 Oct 2025 | 00:18:29 | |
"Təmir studiyası"nda qonağımız olan santexnik, elektrik Həsrətov Daşqın ilə elektrik xətləri çəkilərkən edilən ən ciddi texniki səhvlərdən, yeni tikilən binalarda elektrik sistemlərinin keyfiyyətinə nəzarətin necə təmin edilməsindən, bu gün bazarda elektrik təmiri və quraşdırma xidmətlərinin bahalaşmasından və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| “Ailə qaydaları və sərhədlər— uşağa “yox” deməyin sağlam forması” I Valideyn saatı #18 | 22 Oct 2025 | 00:30:57 | |
"Valideyn saatı" verilişində qonağımız olan psixoloq Aysel Qafarova ilə uşaqlarda sərhəd anlayışının hansı yaşdan formalaşmasından, “hər istədiyini edən uşağ”ın gələcəkdə üzləşəcəyi çətinliklərdə, uşağın sərhədləri pozduğu hallarda valideynin ilkin reaksiyasından və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| ""Abşeron" muğam məktəbindən Şuşa muğam festivalında iştirak edən ilk xanəndə mən olmuşam" | 22 Oct 2025 | 00:28:10 | |
"Sənətin səsi" verilişinin buraxılışında xanəndə, Beynəlxaq Muğam Mərkəzinin solisti Hüseyin Məlikov Tacikistanın paytaxtı Düşənbədə keçirilən festivaldan, BMM-də özbək ifaçıları ilə maraqlı duetlərindən, ustad sənətkar Aqil Məlikovun “Qarabağ” Universitetində çıxışından, xarici ölkələrdə milli musiqimizin təbliğindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| Təmirə başlamazdan əvvəl planlaşdırma mərhələsində hansı vacib addımları atmaq lazımdır? | Təmir studiyası #16 | 22 Oct 2025 | 00:33:22 | |
"Təmir studiyası"nda qonağımız olan memar, dizayner Çinarə Quliyeva ilə ilk görüşdə müştəri ilə kommunikasiyanın düzgün qurulmasından, yeni bir interyer konsepti yaratmaq üçün keçdiyi mərhələlərdən, material və rəng seçiminin interyerin ümumi atmosferinə təsirindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Memarlıqda Rəna Novruzlunu fərqli edən üslub nədir?" I "Biznes inciləri" #10 | 21 Oct 2025 | 00:28:27 | |
"Biznes inciləri" verilişində qonağımız olan memar, interyer-dizayner və "Renee" memarlıq və dizayn şirkətinin təsisçisi Rəna Novruzlu ilə müasir memarlıqda ən çox rast gəldiyi səhvlərdən, "Renee" memarlıq və dizayn şirkətini yaratmaq ideyasından, müasir memarlıqda erqonomikanın rolundan və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Mənim zamanında Oktay Ağayevlə söhbət etmək şansım olub və onun xeyir-duasını almışam" | 21 Oct 2025 | 00:22:45 | |
"Sənətin səsi" verilişinin buraxılışında müğənni Eminağa Sadıqov ilə Opera Studiyasında gözlənilən solo konsertindən, Oqtay Ağayevlə unudulmaz söhbətindən, bu gün ifaçılıq sənətindəki ehtiyaclardan, retro mahnıların yeni aranjimanda olan interpretasiyalara münasibətindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| “Bu tədbir üçün 5 müxtəlif ölkədən dicey çıxış edəcək” | 20 Oct 2025 | 00:18:50 | |
"Sənətin səsi" verilişinin buraxılışında İƏT Mədəniyyət Festivalı çərçivəsində keçiriləcək “Sound of Land” tədbiri üzrə məsul şəxs Leyla Seyidzadə ilə İƏT Mədəniyyət Festivalı haqqında və “Sound of Land: Elektron Musiqi və Etno İrsin Sintezi”ndən, tədbirin əsas məqsəd və vəzifələrindən, bu layihələrin müasir musiqi janrlarına təsirindən və gənclərin musiqi zövqünün inkişafındakı rolundan və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| “Övladlararası münasibət və fərq qoyulması” I Valideyn saatı #17 | 20 Oct 2025 | 00:33:34 | |
"Valideyn saatı" verilişində qonağımız olan klinik psixoloq Anara Quliyeva ilə “Övladlararası münasibət və fərq qoyulması” mövzusunun müzakirəsi zamanı bacı-qardaşlar arasında rəqabətin formalaşdığı yaş dövründən və bu rəqabəti sağlam istiqamətə yönləndirmək üçün valideynlərin vəzifələrindən, uşaq “Sən onu məndən çox istəyirsən” dediyi anda əslində baş verən duyğularından və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| Bir məkanı dizayn etməyə başlayarkən ilk nəyə diqqət yetirilməlidir? | Təmir studiyası #15 | 20 Oct 2025 | 00:21:04 | |
"Təmir studiyası"nda qonağımız olan interyer-dizayner Zəhra Elşad ilə müasir interyer- dizayn trendlərindən, hal-hazırda Azərbaycanda daha çox populyar olan üslublardan, ən çox rast gəldiyi dizayn səhvlərindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| Valideynin rolu: dost, ya müəllim? I Valideyn saatı #17 | 17 Oct 2025 | 00:29:40 | |
"Valideyn saatı" verilişində qonağımız olan klinik psixoloq Vüsalə Əmirova ilə "Valideynin rolu: dost, ya müəllim?" mövzusunun müzakirəsi zamanı valideynlik hissinin nə zaman başlamasından, uşaqların hansı hisslərini valideynləri ilə paylaşmalı olduqlarından, valideynin həddindən artıq empatik olmasının uşaqlardakı təsirindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Ən böyük arzum "Leyli və Məcnun" operasında Mənsum İbrahimovla birgə çıxış etmək idi" | 17 Oct 2025 | 00:30:23 | |
"Sənətin səsi" verilişinin buraxılışında xanəndə, Əməkdar artist Arzu Əliyeva və xanəndə Xəyal Hüseynov ilə Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində səhnəyə yeni quruluşda qoyulan “Leyli və Məcnun” operasının tamaşasından, səhnənin yadda qalan Leyli və Məcnunlarından, səhnə arxası yaşanan fors-major hadisələrdən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| Təmirə başlayan biri üçün ilk addımlar nə olmalıdır? | Təmir studiyası #14 | 17 Oct 2025 | 00:31:07 | |
"Təmir studiyası"nda qonağımız olan "influencer" Sara Qaragözlü ilə təmir bloquna başlamasının əsas səbəbindən, bu sahədə xanım kimi qarşılaşdığı çətinliklərdən, təmir zamanı insanların ən çox etdiyi səhvlərdən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Moda brendi yaradarkən ən çox edilən səhv nə olur?" I "Biznes inciləri" #9 | 16 Oct 2025 | 00:28:19 | |
"Biznes inciləri" verilişində qonağımız olan "Zumrud Couture Atelier"in təsisçisi Zümrüd Mirzəliyeva ilə niyə məhz moda sahəsini seçməsindən, dizayneri daima trenddə saxlayan nüanslardan, xanım sahibkarlara olan tövsiyələrindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| ""Qarabağ" şikəstəsini caz versiyasında ilk ifa edən mən olmuşam" | 16 Oct 2025 | 00:31:53 | |
"Sənətin səsi" verilişinin buraxılışında pianoçu və "Məcaz" qrupunun qurucusu Məhəmməd Allahverdiyev İtaliya və İspaniyadakı çıxışlarından, “Tərəkəmə” mahnısından, ustadı, caz pianoçusu Salman Qəmbərovdan mənimsədiyi ifaçılıq sirlərindən və digər maraqlı məqamlardan bəhs etdi. | |||
| Ticarət mərkəzi biznesində ticarətçilərə və alıcılara hansı üstünlüklər təklif edilməlidir? | Təmir studiyası #13 | 16 Oct 2025 | 00:28:53 | |
"Təmir studiyası"nda qonağımız olan "Abşeron" Ticarət Mərkəzinin marketinq direktoru Erhan Topkaya ilə ticarət mərkəzi biznesində ticarətçilərə və alıcılara təklif olunan üstünlüklərdən, ticarət mərkəzinin təhlükəsizlik və sığorta xidmətlərindən, son zamanlar insanların alış-veriş davranışında olan dəyişikliklərdən, "Abşeron" TM-in yeni fəaliyyətə başlayacaq bölgələrindən və digər maraqlı mövzulardan bəhs etdik. | |||
| "Uşaqlarda dünyagörüşü necə formalaşır?" I Valideyn saatı #16 | 15 Oct 2025 | 00:33:11 | |
"Valideyn saatı" verilişində qonağımız olan PR mütəxəssisi, kitab blogeri Rüstəmov Sərxan ilə "Uşaqlarda dünyagörüşü necə formalaşır?" mövzusunun müzakirəsi zamanı uşağın ailədə gördüyü münasibətin onun dünyanı dərk etməsinə təsirindən, cəmiyyət və mühitin uşağın baxış bucağının formalaşmasındakı rolundan, dünyagörüşü formalaşarkən ailə ilə məktəb arasında uyğunluğun önəmindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| "Hazırda sənətdə peşəkar ifaçılara ehtiyac duyulur" | 15 Oct 2025 | 00:29:17 | |
"Sənətin səsi" verilişinin buraxılışında müğənni Arzu Həsənli və əməkdar artist İsgəndər Ələsgərov yeni mövsümdə təqdim olunan etno-jazz janrlarında olan yeni layihələrindən, “Cəngi” qrupunun xaricdəki uğurlarından, müxtəlif janrların sintezindən yaranan maraqlı musiqi kompozisiyalarından və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| Vətəndaş sığorta müqaviləsi imzalayarkən nələrə xüsusi diqqət etməlidir? | Təmir studiyası #12 | 15 Oct 2025 | 00:32:34 | |
"Təmir studiyası"nda qonağımız olan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev Azərbaycan sığorta bazarında ən əsas problemlərdən, rəqəmsal sığorta xidmətləri sahəsində ölkədəki son vəziyyətindən, süni intellekt və “bigdata” kimi texnologiyalar yaxın illərdə sığorta sektoruna təsirindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
| Dizayn zamanı müştərinin istəyini və peşəkar yanaşmanı necə balanslaşdırmaq lazımdır? | Təmir studiyası #11 | 15 Oct 2025 | 00:32:12 | |
"Təmir studiyası"nda qonağımız olan memar, interyer-dizayner Turan Fərəməzli Azərbaycanda interyer-dizaynına insanların yanaşmasından, hansı materiallar və rənglərin daha çox üstünlük təşkil etməsindən, aktual olan trendlərdən, ev və ya ofis interyerində çox rast gəlinən dizayn səhvlərindən və digər maraqlı məqamlardan bəhs etdik. | |||
© My Podcast Data · Projet indépendant · Données issues d'Apple & Spotify